تبلیغات
İBABƏYLİ VEBLAQİ - Cəlilabad rayonu
به وبلاگ عبابیگلو خوش آمدید
İBABƏYLİ VEBLAQİ





FITIR BAYRAMINIZ MUBAREK
ALLAH ORUC NAMAZLARINIZI QEBUL ELESIN
AMIN









Tərkibi – 2 şəhər,1 qəsəbə,117 kənd
Ərazisi – 1441km2
Əhalisi – 195,300 nəfər
Əhalinin sıxlığı - 1 km2–də 135.5 nəfər
Cəlilabad rayonu ilə Bakı şəhəri arasında olan məsafə - 210 km
Telefon kodu – 114


Rayon haqqında

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri b.e.ə. II minilliyə aiddir. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılmış, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilmişdir.
Respublikanın cənub bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub şərqdən Masallı, cənubdan Yardımlı rayonları ilə, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4 kvadrat kilometr, əhalisi 202,4 min (2012) nəfərdir. Rayonda 2 şəhər, 117 kənd vardır. Mərkəzi Cəlilabad şəhəridir.





Cəlilabadda yük avtomobili “ Jiquli” ilə toqquşdu

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sürücünün içkili  vəziyyətdə avtomobili  idarə  etməsi iki nəfərin  xəsarət alması ilə nəticələnib  

Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza hadisəsi Ələt-Astara magistral yolunun 128-ci kilometrliyində Cəlilabad rayonu ərazisində qeydə alınıb.







Cəlilabadda narkotik alverçisi saxlanıldı

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində rayonunun Sarıxanlı kəndi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Gün.Az-ın bölgə müxbiri xəbər verir.  






Cəlilabadda toyda qan tökülüb: ölən var








Cəlilabadda bu il 140 min ton taxıl istehsalı gözlənilir






Cəlilabadda 58 yaşlı kişini maşın vurub öldürdü








Cəlilabadda 11 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb








Cəlilabadda yük avtomobili “Jiquli” ilə toqquşdu: ölən var

Cəlilabad rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib.

Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saat 06:30 radələrində Ələt-Astara yolunun 136-cı kilometrliyində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Yusif Hüseynəli oğlu Əliyev hadisə yerindəcə keçinib.

Mərhumun cəsədi avtomobildə sıxılmış vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər cəsədi müvafiq qaydada deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

P.Əli
Gün.Az



allaha xatir həbs olunanlar
bunlar hansi bir günahin sahibidirlər





























düşərgəsi keçiriləcək

25-28 aprel tarixlərində Cəlilabadda “Alfa Ekstrim–Cəlilabad” və “Qan donorluğunda şəbəkələşmə” düşərgəsi keçiriləcək.

Gün.Az xəbər verir ki, düşərgə “Qan Donorları Assosiasiyası” və “İrəli” İdman Mərkəzinin birgə təşkilatçılığı, Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutacaq.

Layihə gənc donorlar və donorluğa marağı olan 18-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.  






درباره وبلاگ


BU VEBLAQ DOSTLUQ VEBLAQİDİR FƏRQİ YOXDUR HANSİ AZƏRBAYCANDAN OLSUN AMA BİR ŞEY VAR Kİ İNSANLAR SAĞLAM YAŞASİN BU VEBLAQİ 2 ÖLKƏ VƏTNDAŞİ İDARE EDİR AZƏRBAYCAN RESPUBLİKASİNDAN =RAMİL ƏZİZOV
İRAN İSALAM RESPUBLİKASİNDAN =MİR ABBAS İBADİ

مدیر وبلاگ : ABBAS EBADİ
آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
###