تبلیغات
İBABƏYLİ VEBLAQİ - SƏLYAN RAYONU 1
به وبلاگ عبابیگلو خوش آمدید
İBABƏYLİ VEBLAQİ





Sabirabadda Kür çayı üzərindəki körpü uçdu



Surra-Padar yolunun 1-ci kilometrliyində Sabirabad rayonunun Surra kəndi ərazisindən keçən Kür çayı üzərində körpüdə plitə uçub.

Gün.Az-ın bölgə müxbirinə 35 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, buna səbəb son günlər Hacıqabul-Bəhrəmtəpə yolunun müvəqqəti bağlanması ilə həmin körpüdən ağır tonnajlı yük maşınların intensiv hərəkət etməsi olub.

Təxminən uzunluğu 2 metr və eni 1,5 metr olan plitənin sınması nəqliyyat vasitələrinin hərəkətində bir müddət müvəqqəti çətinliklər yaradıb.

Hadisə yerinə 35 saylı Yİİ-nin işçi və mütəxəssisləri cəlb olunub. Yol işçilərinin səyi nəticəsində Kür çayının üzərindəki dövlət əhəmiyyətli körpüdə plitənin sınmış hissəsi yenisi ilə əvəz olunub.

Hazırda sözügedən körpünün üzərindən ikitərəfli nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Salyanda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Salyanda piyada vurulub.







Salyan polisi külli miqdarda narkotik aşkarlayıb

Salyan sakinindən külli miqdarda narkotik aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsindən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan rayonunun Xocalı kənd sakini Fəxrəddin Mirəyyub oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 131 qram tiryək, 172, 52 qram marixuana və 0,65 qram  çətənə toxumu aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.






salyanın daha iki kəndinə təbii qaz verildi

Novruz bayramı ərəfəsində Salyan rayonunun Təzəkənd və Gomuşlu kəndlərinə təbii qazın verilişi bərpa edilib.

20 ildən sonra həmin yaşayış məntəqələrinə qazın verilməsi sakinlərin ikiqat sevincinə səbəb olub.

Salyan rayon QİS-dən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, rayonunun Təzəkənd və Gomuşlu kəndinə 20 ildən çox idi ki təbii qazın verilişi dayanmışdı.




dünən axşam saat 23:12:37   aprelin 23də 2013

saatli rayonunuda  zəzələ baş verdi

bu zəzələ 2.6 bal gücü  miqdarda yerin 18 km də sabirabaddan 28 km -və saatdidan 24 km fasiləsi vardir







Salyan rayonunda 57 yaşlı kişinin meyiti tapılıb.

Rayon Prokurorluğundan Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, dünən axşam saatlarında Salyan rayon sakini Firdovsi Yusif oğlu Həsənovun yaşadığı evdən meyiti tapılıb.

İlkin məlumata görə, mərhum evində tək yaşayırmış.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Təyyar Nəsirli
Gün.Az





Salyanda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzas






Salyan polisi külli miqdarda narkotik aşkarlayıb

Salyan sakinindən külli miqdarda narkotik aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsindən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan rayonunun Xocalı kənd sakini Fəxrəddin Mirəyyub oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 131 qram tiryək, 172, 52 qram marixuana və 0,65 qram  çətənə toxumu aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli


Salyanda oğru yaxalandı

Salyan şəhər sakininin evindən oğuqluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

RPŞ-nin istintaq bölməsinin rəisi Əlibaxış Məmiyevin Gün.Az-ın bölgə müxbirinə verdiyi məlumata görə, şöbəyə Salyan şəhər sakini Kəmalə Həzi qızı Mustavayevanın evindən 1800 manat dəyərində ev əşyalarının oğurlanması ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşlarının həyata keçirdiyii əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mənsur Kamil oğlu Axundov yaxalanaraq şöbəyə gətirilib. O, ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.
     
Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli
Gün.Az



Salyanda Milli Qəhrəman Nazim Babayevin xatirəsi yad edildi

Azərbaycannın Milli Qəhrəmanı Nazim Babayevin xatirəsi doğulduğu Salyan rayonunda yad edilib

RİH-dən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonunun Yeni Uluxanlı kənd sakini, Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin xatirəsi yad edilib.

Tədbirdə RİH-nin başçısı Tahir Kərimov, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri rayonun mərkəzində ucaldılmış Şəhidlər kompleks-abidəyə gələrək Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin büstünü ziyarət ediblər. Büstün önünə tər qərənfil dəstələri düzüblər.


Salyanda 3 ayaqlı buzov doğulub

Salyan rayonunun Xıdırlı kəndində 3 ayaqlı buzov doğulub

Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, Salyan rayonunun Xıdırlı kəndində  75 yaşlı Nənəbacı Mailovanın təsərrüfatında qeyri- adi hadisə baş verib.



Salyanda hemodializ mərkəzi istifadəyə verildi

Prezident İlham Əliyevin Salyana səfəri zamanı verdiyi tapşırıqlar çərçivəsində Salyan Mərkəzi Rayon Xəstəxanasında hemodializ şöbəsi istifadəyə verilib.

RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Rəşad Cəbrayılovun Gün.Az-ın bölgə müxbirinə verdiyi məlumata görə, hemodializ şöbəsi istifadəyə verilməsi münasibətlə açılış mərasimi keçirilib.



Şİrvanda 6 nəfər məktəbli qız erkən nikaha girib

Şirvan şəhərində 6 nəfər qız erkən nikaha girərək ailə həyatı qurub.

Şirvan ŞİH-nə istinadən Gün.Az-ın bölgə müxbiri bildirir ki, bu gün şəhərdə ən çox narahatçılıq doğuran problemlərdən bir erkən nikahların bağlanmasıdır.

Ötən il şəhərin ümumtəhsil məktəblərindən 6 qız valideynlərinin istəyi ilə erkən nikaha daxil olaraq ailə həyatı qurub.

Həmin qızlar şəhər 9, 10, 12, 13, 14 və 20 saylı məktəblərin IX-XI sinif şagirdləridir.

Erkən nikahlarla yanaşı, yeniyetmələr arasında hamiləlik hallarında da kəskin artım müşahidə olunur.

Keçən il şəhər xəstəxanasının doğum şöbəsində 1846 doğuş qeydə alınıb ki, bunun da 90 nəfəri 18 yaşadək olan qızlardır.

Hazırda 18 yaşına qədər 61 hamilə qadın qeydiyyatdadır. Bu isə həyəcan doğurmalıdır.

Təyyar Nəsirli
Gün.Az






درباره وبلاگ


BU VEBLAQ DOSTLUQ VEBLAQİDİR FƏRQİ YOXDUR HANSİ AZƏRBAYCANDAN OLSUN AMA BİR ŞEY VAR Kİ İNSANLAR SAĞLAM YAŞASİN BU VEBLAQİ 2 ÖLKƏ VƏTNDAŞİ İDARE EDİR AZƏRBAYCAN RESPUBLİKASİNDAN =RAMİL ƏZİZOV
İRAN İSALAM RESPUBLİKASİNDAN =MİR ABBAS İBADİ

مدیر وبلاگ : ABBAS EBADİ
آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
###